turklehceleri.org

Farağat

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

farağat

sif. və zərf [ər.]
1. Sakit, səssiz, dinməz-söyləməz. Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. İ.Hüseynov // Farağat! – hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda. ..Nəriman əmi birdən qəddini elə gümrahlıqla düzəltdi ki, elə bil farağat komandasında duracaqdı. İ.Əfəndiyev. Keşikçi .. farağat vəziyyətində durdu. Ə.Əbülhəsən.
2. Asudə, sakit, dinc, xatircəm. Farağat yaşamaq. // Sakit, dinc, yazıq, fağır. [Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə. // Asudə, arxayın. [Hacı Kərim zərgər:] Hacı Nuru, hələ şeir oxumaq vəqti deyil. Bir özgə farağat vəqtdə oxuyarsan. M.F.Axundzadə. • Farağat etmək (eləmək) – yerbəyer etmək, rahatlamaq. [Gülsüm:] Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm, sən arxayın ol, işini gör. C.Cabbarlı. ‣ Farağat oturmaq – dinc oturmaq, heç kəslə işi olmamaq, pis işlərdən əl çəkmək. [Camal bəy:] ..Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. N.Vəzirov. [Şahpəri:] Sənə dedimmi, yetim oğlansan farağat otur? B.Bayramov.


Son arananlar: