Dəva
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəva
I. [ər.]
1. Bax dava. Bir əldə tutub tiğini, bir əldə tutub səng; Dəvaya gəlirsə, ona canım də süpərdir. S.Ə.Şirvani. De görüm, küçədə nə var, a kişi? Bu nə dəvadır, anladınmı işi? M.Ə.Sabir.
2. köhn. bax teorem. ‣ Dəva vəkili köhn. – bax advokat.
II. [fars.] klas. bax dava. Hər dərdin bir dəvası var. (Ata. sözü). Qəm dəfinə camimey dəvadır; Tədbiri-qəm eyləmək rəzadır. Füzuli. Dedilər: – İstə ləbindən dərdipünhanə dəva. S.Ə.Şirvani. • Dəva etmək – bax dava etmək (“dava”da). Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dəva edələr gər şərab ilə. S.Ə.Şirvani.