turklehceleri.org

Dəli

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dəli

1. sif. Ağlı və şüuru yerində olmayan, ruhi xəstə; divanə. Dəli arvad. // İs. mənasında. Dəlilərə məxsus xəstəxana. – Dedim: – Bir nəzər qıl, aşiq, halına; Dedi: – Əcəb dəli, divanədir bu! Qurbani. • Dəli etmək (eləmək, qılmaq) – 1) ağlını başından almaq, ağıl və şüurunu itirməsinə səbəb olmaq, divanə etmək. Hüsnün dəli qıldı mehrü mahı. Nəsimi. Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin. Qurbani; 2) məc. hirsləndirmək, cinləndirmək, coşdurmaq, özündən çıxartmaq. Dəli olmaq – 1) ağıl və şüurunu itirmək. Oğlunun yerini demədiyinə görə döyülmüş bu ananı dəli olduğu üçün həbsxanadan buraxmışdılar. Ə.Abasov; 2) məc. özündən çıxmaq, qızmaq, hirslənmək, bərk əsəbiləşmək, coşmaq, azğınlaşmaq. Teymur kağıza baxan kimi dəli olur. “M.N.lətif.”.
2. is. Gic, axmaq, sarsaq, ağılsız, öz danışığını və hərəkətini bilməyən adam. [Səfər:] Mənə dəli deyirlər, amma məndən dəliləri çoxdur. C.Cabbarlı. [Xudayar bəy:] ..O arvad o qədər dəlidir ki, o qədər huşsuzdur ki, qorxuram ki, lap dana. C.Məmmədquluzadə.
3. sif. məc. Azğın, coşqun, hiddətli, şiddətli, önüalınmaz. Dəli külək əsir. – Dəryada da qorxunc, dəli bir fırtına vardı. S.Vurğun. Dəli dalğaların döş gərə-gərə; Kükrəyib sıçrayır uca göylərə. R.Rza.
4. is. məc. “Dəlisi” şəklində – bir şeyin düşkünü, mübtəlası, bir şeyə həddindən artıq məhəbbət və həvəs göstərən adam, bir şeyin aludəsi; vurğun. Kitab dəlisi. Teatr dəlisi. Futbol dəlisi. – Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boynunda karı var.. Q.Zakir.
5. sif. məc. Folklorda: dəlicəsinə qoçaq, igid, qəhrəman. Dəli Kərəm. Dəli Alı. – Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb .. adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”. // İs. mənasında (adətən cəm şəklində). Koroğlunun dəliləri. – Dəlilər çaxnaşıb bir-birinə dəydilər. “Koroğlu”.
6. sif. məc. Ürkək, oynaq. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Nəsimi. Ey ağalar, bir nigarın oduna; Dəli könül yanayana düşübdür. M.V.Vidadi. ‣ Dəli şeytan deyir... – bir işi görməkdə tərəddüd bildirir. dəli... Bəzi mürəkkəb (adətən yabanı) bitki adlarının birinci tərkib hissəsi; məs.: dəlibəng, dəliböyürtkən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dəli

I. divanə, xəstə
{divane, hasta}

II. gic, axmaq, sarsaq, ağılsız
{düşüncesiz, ahmak, sersem, akılsız}

III. azgın, coşgun, hiddətli, şiddətli
{azgın, coşkun, hiddetli, şiddetli}

IV. qoçaq, igid, qəhrəman
{koçak, yiğit, kahraman}

V. ürkək, oynaq
{ürkek, hareketli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dəli

deli, divane


Son arananlar: