turklehceleri.org

Düzmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

düzmək

f.
1. Dənə halında olan şeyləri sıra ilə ipə və s.-yə keçirmək. Muncuğu sapa düzmək.
2. Müəyyən tərtib və qayda üzrə şeyləri bir yerə qoymaq, yerləşdirmək, sıralamaq. Sıraya düzmək. Şahmat daşlarını düzmək. Kitabları şkafa düzmək. – [Pərşan] həsir şlyapasının da qıraqlarına lalə düzmüşdü. M.İbrahimov. // Hərəni bir yerə qoymaq. Səliqəli maldarlar .. çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər tövlə həyətinə. C.Məmmədquluzadə. • Düzüb-qoşmaq – tərtib etmək, səliqəyə salmaq, qaydaya salmaq, sahmana salmaq, yerbəyer etmək. Qız köçəndə gətirdiyi cehizi ilə bir göz otağı hər bir cəhətdən düzübqoşmaq və mətbəxin hacətlərini təmin etmək hər gəlin üçün adət edilmişdir. R.Əfəndiyev. Xəstəxananın hər bir işini düzüb-qoşduqdan sonra Rəşid ata və anasına dedi.. İ.Musabəyov. // məc. Sıralamaq, bir-birinin ardına qoşmaq. Budur, bax, az qalmış yenə səhərə; Düzürəm sözləri mən sətirlərə. S.Vurğun. [Halay:] ..Heyf ki, iki misranı qurub bir-birinin yanına düzə bilmirəm. S.Rəhimov.
3. klas. Qurmaq, düzəltmək. Daneyi-xalın cəhanı tutdu çün; Türrədən neyçün düzərsən bunca dam? Nəsimi. Dözmək üçün hicrinə düzdün dəmirdən bir könül. Füzuli. ...Həmişə çox gəzib yorulanda burada dincimi alırdım. Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım. A.Divanbəyoğlu.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

düzmək

I. yerləşdirmək, sıralamaq
{yerleştirmek, sıralamak}

II. qurmaq, düzəltmək
{kurmak, düzenlemek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

düzmək

dizmek


Son arananlar: