Dövlət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dövlət
I. is. [ər.] Ölkənin hakim sinfinin, mövcud idarə üsulunu qorumaq və başqa siniflərin müqavimətini aradan qaldırmaq məqsədini daşıyan siyasi təşkilatı, habelə bu cür siyasi təşkilatı olan ölkənin özü. Dövlət hüdudları. Dövlət quruluşu. Dövlət idarələri. Dövlət gerbi. Yaxşı ki, hökumət, yaxşı ki, dövlət; Yenə sahib durur atılmışlara!.. B.Vahabzadə.
II. is. [ər.] Sərvət, mal, mülk, pul və b. maddi nemətlərin məcmusu. Məgər azdır bu xalqda dövlət? Çoxdu dövlət və leyk yox himmət. S.Ə.Şirvani. ..Heydər atasının dövlətinə tək oldu malik və işi, gəldikcə başladı tərəqqi etməyə. C.Məmmədquluzadə. [Uğur:] Mən dövlət ona deyirəm ki, qızıl zəmiləri dərya kimi dalğa vurub həyatı öz ağuşuna alsın. İ.Əfəndiyev. ‣ Dövlət hüququ – ölkənin ictimai və dövlət quruluşunu, dövlət orqanlarının təşkilat sistemi və prinsiplərini, həmçinin dövlət daxilində vətəndaşların hüquq qaydalarını təsbit edən hüquq normalarının məcmusu. Dövlət imtahanları – ali və orta ixtisas məktəblərində buraxılış imtahanları. Dövlət quşu – 1) nağıllarda: əfsanəvi və mövhumi bir quşdur ki, padşah seçilən zaman uçurdulur və hər kimin başına qonsaydı, onu padşah edərlərmiş. Dəli başına dövlət quşu. (Ata. sözü); 2) bəxt, tale, səadət rəmzi. O, bir dövlət quşudur ki, hər eyvana uçub qonmaz. S.Vurğun. Dövlətin(iz)dən köhn. – sayən(iz)də, himayən(iz)də, iltifatın(ız)dan mənasında hörmət, ehtiram, təvazö ifadəsi. Dövlətindən pis deyiləm. – Dövlətindən yetdik nanü naməyə; Düşdüm indi cad və qatıq yeməyə. M.V.Vidadi. [Məşədi İbad:] Sənin dövlətindən kefim çox kökdür. Ü.Hacıbəyov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dövlət
I. hökumət
{hükümet}
II. sərvət, mal, mülk
{servet, mal, mülk}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dövlət
devlet