Balaca
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
balaca
sif.
1. Həcmcə, boyca, ölçücə kiçik, xırda (böyük müqabili). Balaca barmaq. Balaca bina. Balaca otaq. Balaca qutu. Balaca adam. Balaca ağac. – Məcid indi torpaq payını almış və özünə balaca təsərrüfat düzəltmiş bir kəndli idi. B.Talıblı. Məhəccər boyu dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. Qocanın balaca pəncərəsi qalın meşəyə tərəf açılırdı. S.Rəhimov. İndi bu balaca kəndciyəz Dilara üçün ... Bakı qədər əzizdir. Ə.Məmmədxanlı.
2. Sayca, miqdarca az, azacıq, cüzi. Balaca dəstə. Balaca bir məbləğ ayırmaq.
3. Azyaşlı, xırdaca, kiçik. Balaca qız hələ məktəbə getmir. – Balaca, yastıburun .. Zivər gəlib, Kərimin qucağında oturdu. M.İbrahimov. // İs. mənasında. Uşaq. Balacanı bazara göndər. Bəs balaca haradadır? Balacanı da özümlə aparacağam. Balacanın neçə yaşı var? // Balaca uşağa müraciət. Balaca, bir bəri bax!
4. Əhəmiyyətsiz, cüzi, yüngülvari; bir qədər, bir az. Balaca dəyişiklik. Balaca rol. Balaca narazılıq. Mənə balaca soyuq dəyibdir. Aramızda balaca mübahisə oldu. Balaca bir iş üstə küsüşdülər. // Zərf mənasında. Balaca tərləmək. Balaca yeyib, içdik. Balaca gözlə.
5. Bəzən bir sözü ilə: bir balaca – azacıq, bir az, bir qədər. Bir balaca gözlə. Sənə bir balaca sözüm var. Sizə bir balaca işim düşüb. balaca-balaca 1) zərf Yavaş-yavaş, xırdaxırda, ahəstə-ahəstə, az-az. Naxoşdum, indi balaca-balaca gəzirəm; 2) sif. kiçik-kiçik, xırda-xırda. Balaca-balaca uşaqlar.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
balaca
I. kiçik, xırda
{küçük, kısa}
II. cüzi, yüngülvari
{küçük, hafif}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
balaca
küçük, ufak