Aramsız
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
aramsız
1. sif. Aramı olmayan, qərar tapmayan, qərarsız, narahat; səbirsiz, dözümsüz. Həsən tramvay duracağında .. aramsız bir ürək çırpıntısı ilə Dilaranı gözləyirdi. M.İbrahimov.
2. zərf Səbirsizliklə. Havva qonağı aramsız gözləyirdi. Mir Cəlal. Mustafa kişi isə sobaya aramsız odun atırdı. İ.Şıxlı.
3. zərf Arası kəsilmədən, durmadan. Əhmədin tərəfindən isə göndərilən elçilər və minnətçilər aramsız gəlib-getməkdə idi. B.Talıblı. Mən gecələri yatmayıb dərsimi hazırlayır, hisli çırağın işığında aramsız çalışırdım. M.Hüseyn.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
aramsız
bitevi