Ahıl
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ahıl
sif. [fars.] Yaşa dolmuş, yaşlı, qocalmağa başlayan, qocalıq əlamətləri göstərməyə başlayan. Ahıl kişi. Ahıl arvad. – Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Necə bilirsən, kərbəlayı, Zinyət xanım bir cavan oğlana getsə yaxşıdır, yoxsa bir ahıl, namaz qılan Allah bəndəsinə getsə? N.Vəzirov. // İs. mənasında. Eşitdim ahılların şirin zümzüməsini; Dinlədim lay-lay deyən anaların səsini. Ə.Cəmil. Yorulmuş gəncləri evdə çörək yeyib qayıdan ahıllar əvəz edirdilər. M.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ahıl
yaşlı, qoca
{yaşlı, ihtiyar}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ahıl
ihtiyar