əzgil
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əzgil
is. Qoz iriliyində, ətli, çəyirdəkli, sarı rəngli, təpəsi pipikli bir meyvə və onun ağacı. Əzgil ağacı. Əzgil meşəsi. Cır əzgil. – Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət. Əzgil 5-6 metr hündürlükdə, qışda yarpağı tökülən ağac və ya kol şəkilli bitkidir. Güney yerlərdə, münbit və rütubətli torpaqlarda daha yaxşı bitir. H.Qədirov.