əzazil
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əzazil
[ər.]
1. is. Şeytan. Onu əzazil də aldada bilməz. – Əhsəni-təqvimi inkar eylər imansız fəqih; Şol əzazilin ki adın həq deyər, şeytan budur. Nəsimi.
2. sif. məc. Zalım, amansız, rəhmsiz, insafsız, qəddar. Əzazil adam. Əzazil ata. – Nuşəfərinin atası çox əzazil və zalımdı. (Nağıl). Qara xan əzazil bir xan idi. “Koroğlu”. Şişman qadın əzazil bir qayınana idi. S.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əzazil
zalım, amansız, rəhmsiz, insafsız, qəddar
{zalim, merhametsiz, acımasız, insafsız, gaddar}