turklehceleri.org

əttar

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əttar

is. [ər.] köhn.
1. Ətirli şeylər, ədəvat və s. satan adam. Elm və maarif .. hamının arasında yayılmalıdır, çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin əlində olan iqtidara malik olmalıdırlar. M.F.Axundzadə. • Əttar dükanı – bu cür şeylərin satıldığı dükan. Sinəm əttar dükanı; Hər nə desən, var məndə. (Bayatı). Molla Qasımın dükanına universal adı versək səhv etmərik, çünki bu dükanda əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri var idi. S.S.Axundov.
2. Keçmişdə bitkilərdən və s.-dən dərman hazırlayıb satan adam. Gülün gülabını axır gün çəkər əttar; Qalır sənə bu əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani. Birdən Kərbəlayı Rzanın yadına düşdü ki, əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola. C.Məmmədquluzadə. peşəsi. Əttarlıq etmək. – [Mirzə Turab:] ..Amma [İsmayıl bəyin] nə həkimlikdən başı çıxır, nə də əttarlıqdan. B.Talıblı.


Last searches: