ətalət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ətalət
is. [ər.] Hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, boş durma; tənbəllik. Həvəs sövq eylər insanı həyatə; Ətalət cəlb edər şəxsi məmatə. M.Ə.Sabir. Qəlyan xoruldadıqca yuxuya bənzər qəribə bir ətalət [Hikmət İsfahaninin] bütün bədənini bürüyürdü. M.İbrahimov. İsti və bürkü adamlarda tənbəllik, ətalət əmələ gətirmiş və onlar harada isə gizlənmişdilər. S.Rəhman. • Ətalət basmaq – tənbəllik basmaq, işləməyə, hərəkət etməyə həvəsi olmamaq, tənbəllik etmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ətalət
hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, tənbəlik
{hareketsizlik, faaliyetsizlik, mecalsizlik, tembellik}