turklehceleri.org

ərkan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ərkan

is. [ər. “rükn” söz. cəmi] top.
1. Yüksək vəzifəli dövlət məmurları, dövləti idarə edən adamlar. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. M.F.Axundzadə. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində İskəndər bəy dağlarda padşahlıq edirdi. Ə.Haqverdiyev. [Hacib:] Alp Arslan ətrafını saran saray ərkanı və ordu ilə bərabər gələr. H.Cavid.
2. məc. dan. Ədəb qaydaları; rəsm, adət. Hər kəsin ərkanı var; Oduna gedənin örkəni. (Ata. sözü). Bu necə adətdir, necə ərkandır? M.P.Vaqif. Adam var ki, yol, ərkanı bəyənməz. Aşıq Abbas.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ərkan

ədəb, qanacaq, mə’rifət
{edep, fazilet, ahlak}


Last searches: