turklehceleri.org

əqrəb

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əqrəb

I. is. [ər.]
1. zool. Quyruğunun ucunda zəhərli iynəsi olan onurğasız həşərat. Əqrəb sancması. Hər daşı qaldırırsan, altından əqrəb çıxır. Əqrəb zəhərli olur. – Hər kəs məndən sənə yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas.
2. Qədim astronomiyada: on iki bürcdən birinin adı. Əqrəb bürcü. – Xəbər verdi ki, sabah yola çıxmaq olmaz, çünki sabah qəmər Əqrəbdədir. C.Məmmədquluzadə.
3. məc. Gizlindən pislik edən müzür adam haqqında. Sən ki bir əqrəb imişsən, gerçək; Bu zəhərlər, bu tikanlar nə demək. H.Cavid. Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz. S.Vurğun.

II. is. [ər.] Saat, kompas və sairədə öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil. Saat əqrəbi. Saniyə əqrəbi. Kompasın əqrəbi. – ..[Vaqif] qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Çəmənzəminli. Saatın əqrəbləri on ikiyə yaxındır. Qucaqlaşaq, ayrılaq. Yaxın dur! R.Rza. ‣ Əqrəb əqrəb üstündə – saatın tam 12 olduğunu göstərən ifadə; // bəzən tam vaxtında mənasında. Nazir .. müşavirənin sabah saat onda əqrəb əqrəb üstündə, .. öz yanında davam edəcəyini bildirdi. S.Rəhimov.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əqrəb

akrep, gösterge


Last searches: