turklehceleri.org

əngin

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əngin

sif. şair.
1. Geniş, vüsətli, açıq, ucu-bucağı olmayan. Əngin səma. Əngin üfüqlər. – Bizimdir bu əngin, atlaz ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Mənimsə qəlbimə doğur bir səhər; Açılır qarşımda əngin üfüqlər. S.Vurğun. ..Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal.
2. bax. ənginlik. Xəyalımın qanadında ənginlərə yol açdım; Gəzdim döyüş meydanını, səhraları dolaşdım. R.Rza. Dalıram, daldıqca boş ənginlərə; Rənglərə boyanan xoş ənginlərə. N.Rəfibəyli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əngin

geniş, vüs’ətli
{geniş, enli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əngin

engin


Last searches: