turklehceleri.org

əng

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əng

is. Alt çənə. Əng sümükləri. – Nə qoyarsan ənginə; Rəngi çıxar rənginə. (Ata. sözü). [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev. Kazım isə qoz ləpəsini o əngindən o biri ənginə aparıb, onu əzməyə çalışırdı. Çəmənzəminli. ‣ Əngi qızışmaq – çox danışmaq, uzunçuluq eləmək, çərənləmək. Ənginə vermək, əngini yormaq – bax. əngi qızışmaq. Boşla, xala, cəfəngini; Müftəcə yorma əngini. Ə.Nəzmi.


Last searches: