əncam
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əncam
is. [fars.]
1. Son, axır, nəhayət, nəticə. Hər işi əncamı ilə ölçərlər. Əncamı xeyir olsun (axırı xeyir olsun). • Əncam qılmaq (vermək) – sona vardırmaq, nəticələndirmək. [Böyükxanım:] Allah rizasına, bizi dil-dişə salma! İşlərə əncam verginən! M.S.Ordubadi. Əncam tapmaq – sona varmaq, nəticələnmək. [Ağamərdan:] Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa. M.F.Axundzadə.
2. Kömək, vasitə, yol, tədbir. • Əncam etmək (çəkmək) – həllinə, başa gəlməsinə, qaydaya düşməsinə kömək etmək, çıxış yolu tapmaq, tədbir görmək. İndi naxoşdu milləti-islam; Ona lazımdır eyləmək əncam. S.Ə.Şirvani. [Aslan bəy:] Sən ehtiyatlı ol, mən özüm bu işə əncam çəkərəm, – dedi. A.Şaiq. [Hacı Murad:] Məhərrəm bəy gəlsin, görək işə nə əncam çəkirik. S.S.Axundov. Əncama qoymaq (salmaq) – yoluna qoymaq, yoluna salmaq, qaydaya salmaq. Məktəb işlərini əncama saldınmı? – O, Tütünçüoğlu və Həsənağanın vasitəsilə hər bir işi əncamına salmışdı. M.S.Ordubadi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əncam
I. son, axır, nəticə
{son, ahir, netice}
II. kömək, vasitə, tədbir, yol
{yardım, vasıta, önlem, yol}
Last searches:
- vodolaz,
- gitme,
- balaban,
- subjugate,
- ochuq,
- abdication,
- realistik,
- kinez,
- archa,
- bədiilik,
- açığan,
- miniş,
- adyýaman,
- vertebrate,
- kürdünağırı,
- sınak,
- sufficiently,
- qıylı,
- erbiy,
- birim,
- qamishzorlik,
- əncam