ən
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ən
ədat. Keyfiyyət bildirən sifətlərin və zərflərin əvvəlinə gətirilərək üstünlük, şiddət bildirir. Ən böyük çay. Ən iti uçan təyyarə. Ən sağlam adam. Ən qısa. Ən uzun. Ən gözəl. Ən axırda. Ən əvvəldə. Ən sonra (lap axırda). Əlin ən uzun barmağı orta barmaqdır. – Mədən işlərinə olan böyük həvəsi sayəsində [Araz] artıq ən təcrübəli bir usta olmuşdu. A.Şaiq. Aralarında ən yaşlıları olan Rəşid atı saxladı. H.Nəzərli. İnsan orqanizminin ən həssas və işlək üzvü olan ürək azad döyünməyi çox sevir. Ə.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ən
daha, lap, çox
{daha, fazla, çok}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ən
en