turklehceleri.org

əməllibaşlı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əməlli-başlı

sif. və zərf Olduqca yaxşı, bütün tələbata cavab verən, mükəmməl, nöqsansız, bütün, tam, ciddi. Əməllibaşlı bir şey. Əməlli-başlı bir usta tapmaq. Əməlli-başlı işləmək. // Əsaslı surətdə, lazımınca, lazımi kimi, istənildiyi kimi. Heç bir şeyi əməlli-başlı demir. – Pəri burada əməlli-başlı məclis qurdu, yemək-içmək düzəltdi. (Nağıl). [Sitarə xanımın] əməlli-başlı kirayə gətirən evi də vardı. S.Hüseyn. [Koxa:] Siz cavab axtarın, mən də əyləşim; Bir əməllibaşlı bığımı eşim. S.Rüstəm. Çimnaz yüngül adam olsaydı, bu qarı ilə elə buradaca əməlli-başlı tutuşa bilərdi. Ə.Əbülhəsən. // Mükəmməl surətdə, olduqca, lap. Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhəsən.


Last searches: