əmmamə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əmmamə
is. [ər.] Bəzi Şərq ölkələrində: sarınmış uzun ağ parça, yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı; çalma. // Axundların və başqa ruhanilərin başlarına qoyduqları bu cür sarğı. Elə ki tək qaldılar, Koroğlu abanı, əmmaməni çıxardıb bir tərəfə tulladı. “Koroğlu”. Molla İbrahimxəlil sabah vaxtı səccadə üstündə, başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. M.F.Axundzadə. Qoydun əmmamə başına, dandın həqiqəti; Alati-həcvü məsxərə qıldın şəriəti. Ə.Qəmküsar.