əmanət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əmanət
is. [ər.]
1. Birinə inanıb bir şeyi müvəqqəti olaraq tapşırma, vermə. Bu üzük sizdə əmanət qalsın. • Əmanət almaq – müvəqqəti istifadə üçün almaq. Kitabı əmanət almışam. Əmanət vermək – müvəqqəti istifadə üçün vermək. Əmanət qoymaq – bir şeyi müvəqqəti olaraq inandığı adama, ya yerə tapşırmaq, qoymaq. Kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyduğunu gördüm. M.S.Ordubadi. Əmanət saxlamaq – başqasının malını, pulunu müvəqqəti olaraq olduğu kimi qoruyub saxlamaq. // Saxlanmaq üçün birinə müvəqqəti olaraq tapşırılan şey, özgənin tapşırdığı şey. Özgənin əmanətidir, verə bilmərəm. – At elin, torba əmanət; Bizim daha nəyimiz var? (Ata. sözü). Qışda sorağını uzaqdan aldım; Dedim: – Əmanətim, eşqim səndədir. N.Rəfibəyli. • Allah əmanəti, Allaha əmanət – saxlamaq, qorumaq üçün müvəqqəti olaraq başqasına verilən qiymətli şey. Ərz etdi: – Səlamət ol, anacan! Allaha əmanət ol, anacan! A.Səhhət. // Sif. mənasında. Əmanət qoyulmuş, müvəqqəti tapşırılmış. Əmanət şey.
2. Banka faizlə qoyulan pul. Əmanətlərin qəbulu, verilişi. • Əmanət kassası – əhalinin artırıb yığdığı pulları müəyyən imtiyazlarla qoruyub saxlayan maliyyə müəssisəsi. Pulunuzu əmanət kassasına qoyun. Əmanət kassası kitabçası. Əmanət kassasından pul götürmək.
3. bax. amanatabənd. Oturuşu o qədər əmanətdi ki, balaca bir təkanla onu arxası üstə aşırmaq olardı. Ə.Əbülhəsən.
4. nida köhn. Allah eləməsin. Əmanət, əmanət, dəyməsin ara; Düşməsin ədavət bir də dübara. Q.Zakir.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əmanət
emanet, mevduat