əlbəttə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əlbəttə
1. zərf Mütləq, hər halda. Əlbəttə gəlməlidir. Getmək əlbəttə lazımdır. – Bir belə adamın içində yəqin; Əlbəttə, bədnəzər var, oynamasın. Q.Zakir. [Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə.
2. ara s. Şübhəsiz, təbii ki. O, əlbəttə, haqlıdır. – Ol qədər cövr etmə üşşaqə ki, səndən çəksin əl; Şah rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər. S.Ə.Şirvani. [Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm. C.Cabbarlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əlbəttə
I. mütləq
{mutlak}
II. şübhəsiz, şəksiz
{şüphesiz, şeksiz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əlbəttə
elbette