turklehceleri.org

əlbət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əlbət

[ər.]
1. bax. əlbəttə. Əlbət gələcəkdir. Dünyaya gələn əlbət gedər. – Demək olmaz dirilər tək yatıb, əlbət duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb... ə! M.Ə.Sabir. • Əlbət ki – təbii ki, şübhəsiz. Əlbət ki, on il bundan qabaq belə proyekt mühüm idi. Mir Cəlal.
2. ara s. Yəqin (ki), görünür (ki). Əlbət, bunda bir sirr var. – Dərvişəm, kəşkülüm var; Hər güldən beş gülüm var; Gəlmişəm mən qapına; Əlbət, bir müşkülüm var. (Bayatı). [Səlimə:] Əlbət, odunu satılmır nədi, kəsdirib bazarı ac-susuz. Ə.Haqverdiyev. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əlbət

elbette


Last searches: