əlaqədar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əlaqədar
sif. [ər. əlaqə və fars ...dar]
1. Əlaqəsi, münasibəti, bağlılığı olan; bağlı. Dərs ilinin başlanması ilə əlaqədar tədbirlər. Hazırlıq işləri ilə əlaqədar məsələlər. – Yəqin bu məsələ onun dalğınlığı ilə də əlaqədardır. A.Şaiq. Əbil ötən günlərin həsrətini çəkmirdi, onun keçmişlə əlaqədar heç nəyi yox idi. Ə.Vəliyev. Qədir kişi bu hörmətlərdən darıxmır, bunu özünün yaxşı işləməsi ilə əlaqədar bilirdi. Ə.Sadıq. // Aidiyyəti olan. Əlaqədar təşkilatlar.
2. İştirakı olan, hissəsi olan. Kitabın tərtibində üç müəllif əlaqədardır. ‣ ...əlaqədar olaraq – ...nəticəsində, ...görə, ...münasibəti ilə, ...bağlı olaraq, ...müvafiq olaraq. Qatarın gecikməsi ilə əlaqədar olaraq, müşavirəyə vaxtında çata bilmədim. Qərarla əlaqədar olaraq, böyük hazırlıq işləri görülmüşdür. Bu məsələ ilə əlaqədar olaraq, qarşıya ciddi vəzifələr çıxır.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əlaqədar
I. uygun, münasib
{uygun, münasip}
II. bağlı, asılı
{bağlı, ilişik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əlaqədar
ilgili
Last searches:
- hebe,
- Esnemek,
- mergen,
- lacivərdlik,
- uykaştık,
- salamatlaşmaq,
- handasa,
- Ay,
- kursant,
- tacik,
- bedasyl,
- dalaklamak,
- cıyım,
- oyungülgü,
- aylaluuluk,
- ovsun,
- yaglıg,
- Ulama,
- derbidagyn,
- palal,
- Süsən,
- əlaqədar