turklehceleri.org

əkmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əkmək

I. f.
1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. (Ata. sözü). [Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür.. A.Şaiq. [Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı.
2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. Ağac əkmək. – Bir gün əkdim miyanə; Gül sünbülə dayana; Oxu, bülbülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı). Bu gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir zaman orman olacaq. S.Vurğun. Şair ilə Afaq .. ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı.
3. məc. Başlanğıcını qoymaq, binasını qoymaq. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. Ə.Haqverdiyev.
4. məc. dan. Döl qoymaq, törətmək. Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! “M.N.lətif.”.

II. is. Çörək. [Üçüncü satıcı:] Qızarmış tazə əkmək, tazə qaymaq; Çapuq gəl, durma gəl, fürsətdir ancaq. H.Cavid. Qaldı əynimdə əski bir köynək; Tapmadım gündə bir yavan əkmək. M.S.Ordubadi. Əkməyi çox, dərdi yox; Sən niyə geydin qara? Ə.Nəzmi.

III. f. Hiylə və tədbirlə yola salmaq, yanından uzaqlaşdırmaq, rədd etmək, başdan eləmək. Hərif qonağını, deyəsən, əkdi. – Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal. O: – Evə get, – deyə, Nuşunu əkdikdən sonra Əhmədin qabağına çıxdı. Ə.Əbülhəsən.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əkmək

I. səpmək
{serpmek}

II. basdırmaq
{bastırmak}

III. törətmək
{türetmek}

IV. qovmaq
{kovmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əkmək

dikmek, ekmek, tohum ekmek


Last searches: