turklehceleri.org

əhəng

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əhəng

is. [fars.] Əhəngdaşını yandırmaqla əldə edilən ağrəngli, kəsək halında material. [Qərənfil:] Keçən il təşəbbüs qaldırdınız ki, təzə yasli tikək, düzün ortasına bir-iki araba əhəngdən, qumdan tökdünüz, qaldı yağışın altında. İ.Əfəndiyev. // Əhəng məhlulu. Evin divarlarını əhənglə ağartmaq. – Bağ işçiləri maşından ağacın dibinə əlavə mədəni gübrə tökdülər və yaxud iri fırçalarla ağacların gövdəsinə əhəng çəkdilər. Ə.Sadıq. • Əhəng kürəsi – əhəngdaşını bişirib əhəng hasil etmək üçün sadə ocaq, soba; kürəxana. Əhəng kürəsində əhəngdaşı bişirilir və ondan əhəng istehsal edilir.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əhəng

badana


Last searches: