əhəmiyyət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əhəmiyyət
is. [ər.] Mühümlük, qiymətlilik, dəyərlilik; rol, dəyər. Məsələnin əhəmiyyəti. Çıxarılan nəticələrin əhəmiyyəti. Tədbirin əhəmiyyəti. Müzakirənin əhəmiyyəti. – ...Ailədə məktəbəqədər tərbiyənin xüsusi əhəmiyyəti vardır. S.Rəhimov. • Əhəmiyyət qazanmaq (kəsb etmək) – diqqəti cəlb etmək, nəzərə alınmasını tələb etmək, vacib olmaq. Məsələ çox böyük əhəmiyyət qazanmışdır. Əhəmiyyət vermək – çox lazımlı, çox dəyərli, çox vacib hesab edərək nəzərə almaq, diqqət yetirmək. Məsələyə ciddi əhəmiyyət vermək; // məna vermək, fikir vermək. Onun dediklərinə çox əhəmiyyət vermə. – Mehriban onun hərəkətinə əvvəlki qədər əhəmiyyət də vermirdi. S.Hüseyn. [Qarı] yolundakı saysız-hesabsız çiçəklərə əhəmiyyət vermədən dərəni kəsib keçdi. Ə.Məmmədxanlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əhəmiyyət
rol, dəyər
{önem, değer}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əhəmiyyət
ehemmiyet, önem