əhya
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əhya
is. [ər.] klas.
1. Diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma. Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikri-ləlindir, kim eylər dəmbədəm təkrar sübh. Füzuli.
2. məc. Yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma. • Əhya etmək – yenidən həyat vermək, canlandırmaq, bərpa etmək, abadlaşdırıb şənləndirmək. Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik. M.F.Axundzadə. // Vücuda gətirmə, təsis etmə.
3. din. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. Əhya gecələri. – Orucluq ayının [ramazanda] 19, 21, 23-cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər. H.Sarabski. Əhya gecəsi olduğu üçün, əsil möminlər .. başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər. B.Talıblı.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əhya
ihya