əflak
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əflak
is. [ər. “fələk” söz. cəmi] klas. Fələk, göy. Cəfa oxun mənə yağdırman, ancaq, ey əflak! Demin ki, yeddi kəmanda bir nişanə yetər. Füzuli. Sanma kim, ya qan doludur hər bahar əflakdən. Kişvəri. Düşdükcə o istəkli vətən səmtə nigahım; Əflakə ucaldı o zaman şöleyi-ahım. A.Səhhət. [Cahangir ağa:] Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. S.S.Axundov.