ədəd
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ədəd
is. [ər.]
1. Say, hesab. Ədədlərin dörd əməlindən bəhs edən elmə hesab elmi deyilir. – Daha sonralar say prosesində insan konkret cisimlərdən uzaqlaşır, onda ədəd anlayışı əmələ gəlir. Z.Xəlilov. // Rəqəm. 5 ədədi ilə 3 ədədi 8 ədədinə bərabərdir.
2. Eyni cinsli şeylərdən bir dənəsi; dənə. İki ədəd qələm. On ədəd yumurta. Beş ədəd karandaş aldım. – Var idi mənim bir ədəd gövhərim; Gülbəndi-mina və taci-zərim. M.Ə.Sabir.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ədəd
I. say, hesab
{sayı, hesap}
II. dənə
{tane}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ədəd
adet