turklehceleri.org

ədalət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ədalət

is. [ər.]
1. Haqq və düzgünlük prinsiplərinə riayət. Ədalətə riayət etmək. İctimai ədalət. Ədalət hissini itirmək. Ədaləti bərpa etmək. – [Pişxidmət:] Haqq və ədalətmi? ..O bir quş olsa, şahın sarayında yapamaz yuva. H.Cavid. Aldadır bəşəri yalan vədələr; Haqdan, ədalətdən yoxdur bir əsər. S.Vurğun. • Ədalət divanı köhn. – bax. ədalət məhkəməsi. Paşa o saat bir ədalət divanı qurub keşişi də çağırtdırdı. “Əsli və Kərəm”. [Muzdur] əlindəki dövləti, hər necə olsa, ədalət divanına yetirməyə niyyət qoydu. S.M.Qənizadə. Ədalət məhkəməsi – ədalətlə işə baxan, ədalətli hökm çıxaran məhkəmə. Bu gün, sabah qurulacaq; Bir ədalət məhkəməsi. S.Vurğun.
2. İnsaf, mürüvvət. Ədalətlə (z.) hərəkət etmək. Ədalətlə (z.) işə baxmaq. – Adil, həyatda şeir və hikmət aşiqi, insaf və ədalət tərəfdarı idi. S.Rəhimov. • Ədalət etmək – insaf etmək, insafla hərəkət etmək. Sair miləl övrətlə ədalət edir etsin! Övrət ərə, ər övrətə rəğbət edir etsin! M.Ə.Sabir.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ədalət

I. haqq, həqiqət, düzlük
{hak, hakikat, doğruluk}

II. insaf, mürüvvət
{insaf, merhamet}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ədalət

adalet, hak


Last searches: