Əlamət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əlamət
is. [ər.]
1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan nişanə; işarə. Xəstəliyin əlamətləri. Baharın əlamətləri. – Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib müəyyən əlamətləri daşıyan qadının intizarını çəkirdilər. M.S.Ordubadi. [Oğlan] bütün zahiri əlamətlərinə: gözlərinin rəngi, üzünün cizgilərinə görə rus idi. M.Rzaquluzadə.
2. İz, əsər, qalıq. Qədim zamanda Azərbaycanda şüşəçilik sənətinin tərəqqi etdiyini göstərən bir çox tarixi əlamətlər var. – Qırx gün, qırx gecə Usta Ağabala yol getdi, ətrafda bir işıq əlaməti görmədi, axırda təngə gəlib bir daşın ətəyində uzandı. Çəmənzəminli. İlk baxışda bu şəhərdə həyat əlaməti görünmürdü. M.Hüseyn. Ərdəbildə baş vermiş hadisələr üçün Firidunun və ya başqa bir adamın tutulduğunu bildirən heç bir əlamət yox idi. M.İbrahimov.
3. məc. Rəmz, ifadə, işarə. Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü və yerindən ayağa qalxdı. S.Rəhimov. [Qədir] özünün adamlardan seçilməsini böyüklük əlaməti sayırdı. Mir Cəlal. [Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi. M.Rzaquluzadə.
4. məc. dan. Görünməmiş, fövqəladə, tayıbərabəri olmayan şey haqqında. Hər aşiqin bir yarı var; Əlamətdi mənim yarım. Q.Zakir. Qaşların əlamət, gözün afatdı; Alışdırdı canım, odlara çatdı. Aşıq Novrəs. ‣ Əlaməti-fariqə köhn. – bir şeyi başqalarından fərqləndirən əlamət.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əlamət
I. nişanə, işarə, rəmz
{nişane, işaret, simge}
II. iz, əsər, qalıq
{iz, eser, kalıntı}
III. ifadə
{ifade}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əlamət
alamet, belirti, emare, tanık