şərəf
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şərəf
is. [ər.]
1. İnsanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət. Şərəfini qorumaq. – Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas; Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir. // Fəxr, iftixar ediləcək şey. ..[Rüstəm bəy:] [Məşədi İbad ilə] qohumluğu özüm üçün böyük bir şərəf hesab edirəm. Ü.Hacıbəyov. // Namus, mənəvi saflıq, təmizlik, bəkarət. Şərəfini ləkələmək. Qadınlıq şərəfi. – Telli kənd içində, el arasında [İslamın] papağını yerə soxmuş, namus və şərəfini ayaqlar altına salmışdı. S.Hüseyn. Odur ki, Qulu [Teymurbəyi] təhrik etmək üçün daim şərəf məsələsindən bəhs edərdi. Çəmənzəminli. // Yaxşı ad, etibar. Müəssisəmizin şərəfini qoruyaq.
2. Ehtiram, sayğı, hörmət. Xaki-dərgahinə hər sübh sürtər gün üzünü; Qaliba ondan ona hasil olubdur bu şərəf. Füzuli.
3. Şərəfinə şəklində – birinə hörmət əlaməti olaraq, birinin adına, xatirəsinə. Ceyran evdə olduqca böyük bir süfrə görür. Eldar onun şərəfinə böyük bir hazırlıq yapdırmış(dı).. S.Hüseyn. [Firəngiz] ilk badələri Səmədin şərəfinə qaldıraraq, öz sözləri ilə dedi. B.Bayramov.
4. Şərəflə şəklində – ləyaqətlə, vicdanla, üzüağ. Vəzifəsini şərəflə yerinə yetirmək. Vətən naminə şərəflə çalışmaq. – Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq. S.Vurğun. ‣ Şərəf lövhəsi köhn. – istehsalatda ən yaxşı, ən qabaqcıl işçilərin adı və şəkli vurulan lövhə. Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi. M.Rzaquluzadə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
şərəf
I. hörmət, izzət, ehtiram, şan
{saygınlık, izzet, ihtiram, şan}
II. fəxr, ixtixar, öyünmə
{övünç, iftihar, övünme}
III. namus, vicdan, heysiyyət, ismət
{namus, vicdan, haysiyet, ismet}
IV. mənlik, şəxsiyyət
{benlik, şahsiyet}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
şərəf
onur, şeref, ün