şığımaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şığımaq
f.
1. Çox böyük sürətlə enərək hədəfə hücum etmək, üzərinə atılmaq. Təyyarələr düşmən üzərinə şığıdılar. – Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. M.İbrahimov. İki qartal qıy vuraraq şığıyır və qəzəblə didişirdi. Ə.Sadıq.
2. Çaxmaq. Hava qaralır, ildırım şığıyır, göy peydərpey guruldayır. Ə.Haqverdiyev. Dağlar titrədi, göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl oxlarını qılınc qayaların təpələrinə sancdı. Ə.Məmmədxanlı. ..Buludlarda şığıyan şimşəklərdən yerə tökülən qığılcımlar hər tərəfi çulğayan bir yanğına çevrilir. M.Rzaquluzadə.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
şığımaq
hücum, hücum etmek