şıllaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şıllaq
is. Ayaqla vurma, təpik atma; təpik. Kəndliyə gəldi, vurdu bir şıllaq; Arıları dağıtdı ol sarsaq. S.Ə.Şirvani. [Kişi:] Gərək [atın] başını çəkəm, qorxuram, şıllağa qalxıb özünü səqət eləsin. S.Rəhimov. • Şıllaq atmaq – 1) təpik atmaq, şıllaqlamaq. Düz yerdə gəzə bilmir, şumda şıllaq atır. (Məsəl). Tüfəng açılan kimi, onun səsindən ürkən eşşək bir qoşa şıllaq atdı.. M.Rzaquluzadə; 2) məc. dan. Qızışmaq, həyasızlaşmaq, cızığından çıxmaq. [Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki, əri evdən gedəndən sonra şıllaq ata. N.Vəzirov. // Azğınlaşmaq, qudurmaq. [Kürd Musa:] Ay Eldar! Doğrusu bu bəylər ki, var; Bir azca arpası çox düşən zaman; Yabı cinsi kimi şıllaq atırlar. S.Vurğun. Şıllağa durmaq – bax. şıllaq atmaq 2-ci mənada. [Hacı Murad:] ..Yeyin mənim yağlı-yağlı xörəklərimi, sonra qızışıb şıllağa durun. S.S.Axundov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
şıllaq
təpik (atma)
{tepik (atma)}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
şıllaq
tekme