şuluqluq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şuluqluq
is.
1. Nadinclik, dəcəllik. Şuluqluq eləmək.
2. Hərc-mərclik, araqarışma, qarışıqlıq, çaxnaşma, iğtişaş, özbaşınalıq. // Qovğa, mərəkə, həngamə, qarışıqlıq. Bəzən yerbəyerdən mütrübü çağırardılar. Şuluqluq başlanardı. H.Sarabski. [Cavan oğlan:] Şuluqluqdan qardaş qardaşı itirir. Mir Cəlal. • Şuluqluq düşmək – ara qarışmaq, qayda, nizam pozulmaq, çaxnaşma düşmək. Hamı yığılır. “Nə oldu, nə oldu!” deyib, aralaşdırırlar, şuluqluq düşür. Ü.Hacıbəyov. Şuluqluq salmaq – aranı qarışdırmaq, qarışıqlıq salmaq, qalmaqal salmaq, nizamsızlıq törətmək. [Mirzə Cəmil] xeyli düşünüb-daşınandan sonra bu qərara gəldi ki, fəhlələr arasında şuluqluq salan Ataşdır. Ə.Vəliyev. Ucqar stansiyalarda şuluqluq salan silahlı hərbçilərə rast gəlmək olar. Ə.Əbülhəsən.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
şuluqluq
I. dəcəllik, nadinclik
{canlılık, hareketlilik}
II. oynaqlıq, şuxluq, yüngüllük
{hareketlilik, şuhluk, hafiflik}
III. qalmaqal, iğtişaş, qarışıqlıq, pozgunluq, nizamsızlıq
{gürültü, karmaşa, karışıklık, bozukluk, düzensizlik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
şuluqluq
çalkantı, hareketlilik, karışıklık