şoğərib
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şoğərib
is. və sif. dan. Xoşagəlməz bir şey haqqında yüngül söyüş. [Səfər:] Şoğərib [qənd] o qədər ağırdır ki, çiynimi lap üzüb. C.Cabbarlı. [Xavərnisə:] Ağlamayıram, soğan şoğəribin acısıdır ki, gözlərim yaşarmışdır. T.Ş.Simurq. [Hacı:] Görürsənmi, şoğərib adamı necə danışdırır. İndi bir az da içsə, lap müctəhid olacaq. B.Talıblı. ‣ Şoğəribə qalsın! (qalaydı!) – “yiyəsiz qalsın” mənasında qarğış ifadəsi. Kəblə Novruzqulu səsdən təngə gəlib: – Ə... ə... köpək oğlunun malları, şoğəribə qalasınız, xeyrata kəsiləsiniz, – deyə mırıldanırdı. H.Sarabski. [Bəhlul:] Köhnələr demişkən, kaş təzə geyimim şoğəribə qalaydı. B.Bayramov.