şadlıqla
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şadlıqla
zərf Sevinclə, sevincək, fərəhlə, şad halda, məmnuniyyətlə. [Hüseynqulu:] Birpərdəli bir vodevil belə yazılsaydı, təzə olduğundan çox şadlıqla oynardıq. H.Sarabski. Naznaz telini geri itələyib Qaraşa baxaraq şadlıqla gülümsədi. M.İbrahimov. Sərvinaz cavan ərinə şadlıqla baxıb gülümsədi. İ.Əfəndiyev. ‣ Şadlıqla qalın! – birilə ayrılarkən deyilən xoş arzu ifadəsi. Şadlıqlarda görüşək! – matəm yerində birilə görüşərkən deyilən arzu ifadəsi.