turklehceleri.org

İmtina

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

imtina

[ər.]: imtina etmək – boyun qaçırmaq, çəkinmək, istəməmək, rədd etmək. Yeməkdən imtina etmək. Qonaqlıqdan imtina etmək. – Rzaqulu xan səfarət ümurunda təcrübəm yox deyə, səfarətdən büsbütün imtina edirdi. M.S.Ordubadi. Mehriban açıqdanaçığa çocuqlarından imtina edirdi. S.Hüseyn. Bir neçə gün sonra Ulduza müalicə və istirahət üçün arxaya getmək təklif edildikdə, o imtina etdi. Ə.Məmmədxanlı. // Könüllü olaraq əl çəkmək. Bu xəzinədən imtina etmək üçün azmı cəsarət lazım idi? S.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

imtina

çəkinmə
{çekinme}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

imtina

feragat


Last searches: