üzv
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
üzv
is. [ər.]
1. İnsan bədəninin bir hissəsi; orqan, əza. Bədən üzvləri. – Orqanizm üzvlərdən ibarətdir. Bu üzvlərin hər biri müəyyən vəzifə ifa edir. “İnsanın anatomiya və fiziologiyası”. İnsanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki dilindən yetişər. C.Məmmədquluzadə.
2. Hər hansı bir təşkilatın, birliyin, cəmiyyətin və s.-nin tərkibinə daxil olan adam. Partiya üzvü. Yerli komitənin üzvü. – [Nüsrət:] Yoldaş İmamyar da kolxozun ən çalışqan üzvlərindən biridir. C.Cabbarlı. Laçın ailə üzvləri ilə görüşdü. M.Hüseyn.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
üzv
aza, organ, uzuv, üye