turklehceleri.org

ünvan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ünvan

is. [ər.]
1. bax. adres 1 və 2-ci mənalarda. [Maral] çox sağ ol! – dedi və ünvanını verərək Qara kişini Bakıya, evinə qonaq çağırdı. Ə.Əbülhəsən. Ünvanlara baxa-baxa; Bir qapını döydü onlar. M.Dilbazi.
2. Ünvanına şəklində – haqqında, barəsində, aid. Ərlə arvad ünvanına qoşa sağlıqlar; Deyildikcə fikrə getdi qəm yeyə-yeyə. S.Vurğun. [Qüdrət] şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. M.Hüseyn.
3. klas. Ünvanında, ünvanlı şəklində – adında, adlı, sərlövhəli, adı altında. Bu aprelin 4-də .. elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum M.F.Axundzadənin “Məstəli şah” ünvanında tərtib etdiyi komediyanı oynayıblar. F.Köçərli.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ünvan

adres, unvan, ünvan


Last searches: