turklehceleri.org

üfüq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

üfüq

is. [ər.]
1. Göyün yer və ya su səthi ilə bitişik kimi görünən xətti. Ulduzlar tökülür dənizə bir-bir; Üfüqdə açılır səhərin gözü. R.Rza. Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir. M.Rzaquluzadə. // Göyün yerə doğru əyilmiş kimi görünən hissəsi. Bulud üfüqü örtmüşdü. – O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. // Gözlə görünən göy sahəsi; ənginlik. Təyyarə üfüqdə uçurdu. // Obrazlı təşbehlərdə. Bir fırtına müjdəsi var üfüqlərin gözündə; Qasırğalar rəqs etmədə göy dənizin üzündə. A.İldırım. Açılır üfüqün nur sərhədləri; Səhər toranını göylər əridir. M.Araz.
2. məc. (adətən cəm şəklində). İmkan, fəaliyyət sahəsi. Elmdə yeni üfüqlər açmaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

üfüq

səth, lay, qat, seviyyə
{yüzey, katman, kat, seviye}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

üfüq

ufuk


Last searches: