turklehceleri.org

özgə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

özgə

sif.
1. Başqa, digər. Özgə məsələ. Özgə vaxt gələrsən. – Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyblər tapdılar. M.F.Axundzadə. // Aid olduğu sözə xüsusi emosionallıq verir. İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Deyirlər ki, evli olmağın, uşaq babası olub külfət arasında ömür sürməyin özgə bir ləzzəti var. A.Divanbəyoğlu.
2. Həmin cəmiyyətə, kollektivə, ailəyə mənsub olmayan. Özgə uşaq. – [Müəllim:] Mən ki özgə adam deyiləm. H.Nəzərli.
3. İs. mənasında. Kənar, yabançı, yad, özgəsi. [Dilbər:] Özgələri min iş görürlər, karvanı malı ilə yeyirlər, sarvanı şalı ilə. C.Cabbarlı. [Sərvər:] Rüstəm bəy Gülnazı özgəsinə ərə verir. Ü.Hacıbəyov.
4. Qoşma vəzifəsində. Digər, başqa. Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

özgə

I. başqa, qeyri, digər (qoşma)
{başka, gayrı, diğer (koşma)}

II. kənar, başqa
{kenar, başka}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

özgə

başka, öbür, özge, yaban, yad


Last searches: