turklehceleri.org

ötəri

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ötəri

I. sif. və zərf
1. Gözucu, tez, ani. Ötəri baxmaq. – Sərnişin qızın gizləndiyi kabinəyə ötəri nəzər salıb, aşağı endi. Q.İlkin.
2. məc. Səthi, dilucu, sözarası, könülsüz. Ötəri cavab. – [Yusif] Şahpərini Sərvnaz qarıgilin həyət qapısında görüb ötəri salam verdi. B.Bayramov.
3. Müvəqqəti, keçici. Ələmdar elə bilirdi ki, Zərrintac xanımın gündüzkü qışqırtısı ötəri bir hal, bəy xanımlarına məxsus bir işvənazdır. S.Rəhimov.

II. dan. bax. ötrü. Bir söyüşdən ötəri etmə əziyyət balama. M.Ə.Sabir. [Mehdi:] Xalqı incidirlər bizdən ötəri; Hünər meydanıdır igidin yeri. S.Rüstəm.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ötəri

sethi, üzdən, sözarası, dilucu, yolüstü, ayaqüstü
{gelişigüzel, yüzeysel, üstten, üstünkörü, özensiz, ayaküstü}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ötəri

geçici, özensiz


Last searches: