ötrü
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ötrü
1. qoş. Çıxışlıq halda olan sözlərdən sonra gələrək səbəb, ya məqsəd bildirir. Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm. C.Məmmədquluzadə. [Sevər] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər.. C.Cabbarlı.
2. Mürəkkəb qoşmanın ikinci tərkib hissəsi kimi işlədilərək, özündən əvvəlki fikrin sonrakı fikrə səbəb olduğunu bildirir. [Oğlan:] Nə olacaq, ondan ötrü niyə üzülürsən? Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ötrü
üçün, görə
{için, göre}