öfkə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
öfkə
is.
1. Ağ ciyər.
2. dan. Hirs, qəzəb, hiddət. ‣ Öfkən (öfkəsi) yansın! – qarğış məqamında işlədilir. Səni görüm, öfkən yansın. – [Telli:] Məni qınayan, öfkən yansın! Ə.Məmmədxanlı. Öfkəyə dönmək – rəngi qaçmaq, ağarmaq. Katibin qanı qaçmış, öfkəyə dönmüş dodaqları gülümsünmək üçün aralandı. S.Rəhimov. Bəhramın dili-dodağı təpmiş, üzünün qanı qaçmış, öfkəyə dönmüşdü. Ə.Vəliyev.