çətən
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çətən
is. məh. Qarğıdan, ağac çubuqlarından hörülmüş çəpər, hörgü. [Tubu:] Orada, çətənin dalında göydən asılıb. Ə.Haqverdiyev. Qəhrəmanlar camaatı bir zamanlar bu qarğılardan qırıb çətən toxuyar, dəyələrin və alaçıqların ətrafına çəkərdilər. Ə.Vəliyev. • Bir çətən – çoxluq bildirir. [Gülsənəm:] ..Hümmətəlinin bir çətən külfəti var. M.Hüseyn. [Zeyni baba:] [Azər] görmüşdü, bir çətən külfətim vardı. Ə.Məmmədxanlı.