çəpəki
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çəpəki
zərf [fars.]
1. Əyrisinə, əyri-əyri; yanakı, çəp, çəpəndazı. Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü. İ.Şıxlı. Fəridə güldü. Nərgiz isə ona çəpəki nəzər salıb qocaya dedi.. Ə.Məmmədxanlı.
2. Düzünə yox, çəpinə, əyrisinə; yanpörtü. [Əsgər:] avtomat tüfəngini döşündən çəpəki asmışdı. M.Hüseyn.
3. Yan tərəfə çevrilmiş halda, yan tərəfini irəli verərək, böyrünü qabağa verərək. Çəpəki oturmaq. // Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək; yanakı. Papağı çəpəki qoymaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
çəpəki
əyri, qıyğacı
{eğri, yamuk}