çəkçevir
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çək-çevir
is. dan. Mübahisə, danışıq. Qərəz, uzun çək-çevirdən sonra Alı kişi bu ustanı da razı elədi. “Koroğlu”. [Qara kişi:] Aydın məsələdir, canım, daha bunun özgə bir çək-çeviri ola bilməz. B.Bayramov. • Çək-çevir eləmək (etmək) – ölçübbiçmək, götür-qoy eləmək, hərtərəfli fikirləşmək. Çək-çevirə salmaq – bir iş və ya şey haqqında mübahisə etmək, uzatmaq, süründürməyə salmaq. [Fatmanisə:] Ay adamlar, bu işi çək-çevirə niyə salmısınız? C.Cabbarlı.