çəkilmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çəkilmək
1. “Çəkmək”dən (1-3, 5-8, 10-13, 15, 18-21, 23-27 və 30-cu mənalarda) məch.
2. f. Durduğu, dayandığı yerdən başqa bir şeyin yanına, yaxud başqa bir tərəfə hərəkət edib durmaq. Qapıya tərəf çəkilmək. – Şölə xanım kor-peşman öz çarpayısına çəkildi. Ə.Abasov. // Bir yerə gedib orada qalmaq, aram tapmaq. Sofya xanım otağına çəkilmək meylində idisə də, ayaqları getmir, studentdən aralana bilmirdi. Çəmənzəminli. Günəş azca qızan kimi çəkilərdik bağlara; Bağlar bizə mehribandır, sığınırıq bağlara. S.Vurğun. // Bir yerdən çıxıb getmək, bir yeri tərk etmək. [Kamran:] Bizdəmi Bakıdan çəkiləcəyik? H.Nəzərli. // Geri oturmaq, geriyə doğru getmək (getməyə məcbur olmaq). Düşmənin qoşunu çəkildi.
3. f. Kinofilmdə bu və ya başqa rol ifa etmək; oynamaq. Artist beş filmdə çəkilmişdir. Baş rolda çəkilmək.
4. f. Yox olmaq, keçib getmək, görünməz olmaq. Üzünün şişi hələ də çəkilməyib. – Qaranlıqlar çəkildi göylərdən, dan söküldü; Hürriyyət şəfəqləri gözlərimizdə güldü. S.Rüstəm. Şəkər islanmış tutaş kirpiklərini qaldırıb, Leylanın hələ də qızartısı çəkilməmiş üzünə baxdı. B.Bayramov.
5. f. məc. Dediyindən dönməmək, birinin qabağından qaçmamaq, israr etmək. Firəngiz çəkilmədi. Başını qaldırıb Muxtarın gözlərinə baxdı. B.Bayramov.
6. Əmr şəklində: çəkil! – get! rədd ol! itil! [Hacı Mehdi:] İtil gözümün qabağından, çəkil! Ə.Haqverdiyev. Çəkil, səni görmək bəladır, məncə; Get, axtar özünə başqa əyləncə! S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
çəkilmək
I. enmək, azalmaq, əksilmək, düşmək
{inmek, azalmak, eksilmek, düşmek}
II. dartılmaq
{tartılmak}
III. uzaqlaşmaq, aralanmaq
{uzaklaşmak, aralanmak}
IV. cızılmaq, naxışlanmaq
{çizilmek, nakışlanmak}